Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Macarıstan Respublikasının sabiq Baş naziri Peter Meddyeşidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Yeni Prezidentlik dönəminiz Sizə uzun illər əvvəl başladığınız möhtəşəm və uğurlu işinizi davam etdirməyə imkan verəcək. Mən bu sözləri təkcə sabiq Baş nazir və Azərbaycanın sadiq dostu kimi deyil, həmçinin Sizin tərəfinizdən təsis edilmiş Bakı Forumunun daimi iştirakçısı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi yazıram. Bu təsisatlar beynəlxalq aləmdə müxtəlif baxışları təmsil edən, lakin dünyanı daha yaxşı və daha təhlükəsiz bir məkana çevirmək naminə eyni məqsədə xidmət edən siyasətçilər üçün müzakirə platforması yaradır və bu cür müzakirələrə hazırda həqiqətən böyük ehtiyac vardır.

Zati-aliləri, ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edir, gələcək işlərinizdə Sizə uğurlar diləyirəm.

Hörmətlə,

 

Peter Meddyeşi

Macarıstan Respublikasının sabiq Baş naziri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin