DÜNYA


Macarıstan elektron xidmətlər sahəsində ƏDV-ni azaldır

Bakı, 13 fevral, AZƏRTAC

Macarıstan hökuməti internet xidmətlərindən istifadə üçün əlavə dəyər vergisinin (ƏDV) dərəcəsini aşağı salmaq planını davam etdirir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu, Avropa İttifaqının (Aİ) müvafiq qanunvericiliyi ilə ziddiyyət təşkil etsə də, hökumət belə bir addım atmaqda qərarlıdır və öz mövqeyini Aİ-nin III Direktivinin ƏDV ilə bağlı əlavəsində elektron xidmətlər barədə müddəanın olmadığı ilə əsaslandırır.

ƏDV rejiminin dəyişdirilməsi Macarıstanın 2017-ci il üzrə dövlət büdcəsində nəzərdə tutulmuşdu. Hökumət Avropa komissarı Pyer Moskoviçinin bu dəyişiklikdən imtina etmək barədə qeyri-rəsmi çağırışlarına məhəl qoymadan bildirib ki, elektron xidmətlərə tətbiq olunan ƏDV-nin dərəcəsi 27 faizdən 18 faizə endiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.