SİYASƏT
Macarıstan gəncləri Bakı ilə Budapeşt arasında ikitərəfli münasibətlər haqqında məlumatlandırlıb VİDEO
Budapeşt, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Macarıstanın aparıcı beyin mərkəzlərindən biri olan Matyaş Korvinus Kollegiumunda (MCC) Azərbaycan Respublikasının bu ölkədəki səfiri Tahir Tağızadə ilə Korvinus Universitetinin tələbələri arasında ənənəvi “Səfirlərlə söhbətlər” silsiləsindən görüş təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru, MCC fondunun diplomatiya mərkəzinin rəhbəri, diplomatik xidmət sahəsində illər boyu çalışmış doktor Raymond Kiş səfir Tahir Tağızadəni Macarıstan elitasının gələcək nəslinə təqdim edib, səfir də öz növbəsində, ikitərəfli münasibətlərin indiki vəziyyəti, regional siyasət, iqtisadi, ticari və humanitar sahələrdə əməkdaşlıq barədə söhbət açıb.
Qeyri-formal şəraitdə, “tələbə mühitində” keçirilmiş görüş böyük bir auditoriya toplayıb. Azərbaycanlı diplomat macar gənclərini maraqlandıran bir sıra sualları cavablandırıb.
Budapeşt