DÜNYA


Macarıstan hökuməti təmiz hava naminə daha bir addım atır

Budapeşt, 21 iyun, AZƏRTAC

Macarıstan hökuməti bu günlərdə ətraf mühitlə “dostluq” naminə daha bir addım atıb.

AZƏRTAC xəbər verir ki, iyunun 21-dən başlayaraq, bu ölkədə milli hidrogen strategiyası təqdir edilib. Macarıstan KİV-ləri bu gün səhər bu barədə xəbər verərkən izah ediblər ki, hidrogen texnologiyaları Macarıstanın artıq 2050-ci ildə hidrogen neytrallığına nail olmasına kömək edəcək. Ekspertlər əmindirlər ki, bununla bağlı strateji məsələlərin yerinə yetirilməsi ölkə iqtisadiyyatına əlavə impuls verəcək.

Yeni hidrogen siyasətinin qəbul edilməsi barədə özünün feysbuk səhifəsində sirkulyar iqtisadiyyat, energetika və iqlim siyasəti məsələləri üzrə dövlət katibi Attila Ştayner yazıb. O, qəbul edilən proqramı “innovasiyalı, davamlı və “yaşıl” iqtisadiyyat istiqamətində böyük addım” adlandırıb.

Hidrogen texnologiyalarının əhəmiyyəti və əməkdaşlığın mümkün hüdudları Ştaynerin bu yaxınlarda Vışeqrad qrupu ölkələrindən (Macarıstan, Slovakiya, Çexiya və Polşa) olan həmkarlarının iştirakı ilə keçirilən konfransda da müzakirə mövzusu olub.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.