DÜNYA


Macarıstan iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəyə çıxır

Budapeşt, 19 yanvar, AZƏRTAC

Macarıstan Avropa İttifaqında pandemiyadan əvvəlki iqtisadi göstəricilərini üstələyən ölkələrdən birinə çevrilə bilər.

AZƏRTAC xəbər verir ki, Macarıstanın Maliyyə Nazirliyinin hesabatında ölkə üzrə ÜDM-in ötən il 6,4 faiz artması, bu il isə daha 5 faiz artacağının gözlənildiyi deyilir. Nazir Mixay Varqa özünün feysbuk səhifəsində qeyd edib ki, bu göstəricilər böhrandan ən çox zərər çəkənlər - yaşlı insanlar, çoxuşaqlı ailələr və gənclər arasında əminliyi möhkəmlətmək üçün əlverişli fürsət yaradır. İndi hətta 13 aylıq təqaüdün tam bərpası, ailə vergisinin qaytarılması, işçi qüvvəsinə vergilərin əlavə olaraq 2 milyard avro azaldılması və 25 yaşdan aşağı gənclərin gəlir vergisindən azad edilməsi barədə də danışmaq olar.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.