CƏMİYYƏT


Macarıstan işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına töhfə vermək niyyətindədir

Macarıstan işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına töhfə vermək niyyətindədir

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Macarıstanın ölkəmizdəki səfiri Tamas Torma ilə görüşüb.

ANAMA-dan AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı mina təhlükəsi ilə mübarizə fəaliyyətində gələcək birgə əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb.

Səfir işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz və davamlı bərpa-quruculuq işlərinin aparılması məqsədilə icra edilən genişmiqyaslı minatəmizləmə əməliyyatlarına təmsil etdiyi hökumətin töhfə vermək niyyətində olduğunu qeyd edib.

Vüqar Süleymanov öz növbəsində Macarıstan hökumətinin humanitar minatəmizləmə fəaliyyətinə bu günədək göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.