DÜNYA


Macarıstan kişi siyasətçilərin sayının ən çox olduğu ölkədir

Budapeşt, 9 mart, AZƏRTAC

Avropa Statistika Bürosu – Avrostat Beynəlxalq Qadınlar Günündə qadınlar və kişilər arasında parlamentdəki yerlərin bölüşdürülməsi ilə bağlı özünün sonuncu tədqiqatının nəticələrini dərc edib.

AZƏRTAC həmin tədqiqatların yekunlarına istinadla xəbər verir ki, Macarıstanda qadın siyasətçilərin sayı daha az – cəmi 7 faiz təşkil edir.

2019-cu ildə Aİ-yə üzv ölkələrin parlamentində qadınların payı orta hesabla 30 faiz hesablanıb. Bu, o qədər çox olmasa da, 2003-cü ildəkindən 21 faiz yüksəkdir. Ən yüksək reytinqə İsveç malikdir. Bu ölkədə qadın və kişilər arasında bölüşdürülmə demək olar ki, bərabərdir (İsveç siyasətçilərinin 47 faizi qadınlardır). İsveçdən sonra digər Skandinaviya ölkəsi olan Finlandiya (42 faiz) gəlir. Üçüncü yerdə isə hərəyə 40 faizlə Belçika və İspaniyadır.

Siyahının aşağı hissəsində Rumıniya (20 faiz), Kipr və Yunanıstan (hərəyə 20 faizlə), Malta (15 faiz) qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.