SİYASƏT


Macarıstan mətbuatı: Azərbaycan Avropa üçün enerji resurslarının əsas təchizatçısıdır

Budapeşt, 30 yanvar, AZƏRTAC

AZƏRTAC xəbər verir ki, yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri baş tutub.

Səfər Macarıstan mətbuatında geniş işıqlandırılıb. Nüfuzlu “origo.hu” nəşri “Viktor Orban: Azərbaycan Prezidenti, xoş gəlmisiniz!” sərlövhəli qısa məlumatı dərc edib və onu iki liderin fotosu və Macarıstanın Baş nazirinin sosial şəbəkələrdə qeydindən sitat müşayiət edib: “Azərbaycan Avropa üçün enerji resurslarının əsas təchizatçısıdır. Biz enerjiyə diqqət yetirməliyik".

Hang.hu” nəşri isə “Viktor Orban: Azərbaycan Avropanın enerji təchizatı üçün əsas ölkədir" sərlövhəli material dərc edib. Materialın mətnində “MTI” informasiya agentliyinin yaydığı xəbərə istinad olunur. Xəbərdə səfər zamanı keçirilən görüşlərdən bəhs olunur. Həmçinin Macarıstan Prezidenti Katalin Novakın nitqindən sitat gətirilir: “Rusiya-Ukrayna müharibəsinin yaratdığı iqtisadi və enerji böhranı kontekstində mükəmməl ikitərəfli münasibətlərimiz olan Azərbaycan kimi strateji tərəfdaşlar daha da dəyərli olur". Prezident İlham Əliyev cavab nitqində Macarıstan-Azərbaycan münasibətlərini yüksək qiymətləndirib və ümid edib ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq gələcəkdə daha sıx ola bilər. O, xanım Novakı Azərbaycana rəsmi səfərə dəvət edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.