MƏDƏNİYYƏT
“Macarıstan musiqisi axşamları” layihəsi çərçivəsində caz konserti
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində Macarıstan səfirliyinin dəstəyi ilə “Macarıstan musiqisi axşamları” layihəsi çərçivəsində caz konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi çıxış edərək konsertin ölkəsinin müstəqilliyinin 30 illiyi devizi altında keçirildiyini bildirib.
Konsertdə “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı müğənni Magyar Borin çıxış edib. Tamaşaçılara təqdim edilən “Caravan”, “Dream a little dream of me”, “Come in, come in”, “All blues”, “Spain” və digər kompozisiyalar alqışlarla qarşılanıb.
Qeyd edək ki, noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində “Macarıstan musiqisi axşamları” layihəsi çərçivəsində xalq musiqisindən ibarət konsert proqramı təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]