CƏMİYYƏT


Macarıstan müxalifəti test haqlarının ləğvini tələb edir

Budapeşt, 9 sentyabr, AZƏRTAC

Macarıstan müxalifət partiyaları yeni tip koronavirus testinin nəticələrinin 2 gün müddətinə aşkar edilməsi ilə əlaqədar narazılıqlarını bildiriblər.

AZƏRTAC xəbər verir ki, onlar digər əksər ölkələrdə artıq bu müddətin azalmasını əsas gətirərək, 2 gün müddətini çox hesab edirlər. Siyasətçilərin fikrincə, bu cür gecikmə infeksiyanın daha çox yayılmasına köməklik edir.

Bu tənqiddən savayı, bir çox müxalifət liderləri ödənişli icbari dövlət tibbi sığortası olan şəxslərdən testdən keçmək üçün haqqın alınmasını ləğv etməyə çağırıblar. “Əgər məsələ cəmiyyətin təhlükəsizliyinə aiddirsə, bizim vergi ödəyicisi kasıblaşmayacaq”, - deyə onlar hesab edirlər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.