SİYASƏT


Macarıstan nəşri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxsləri və obyektlərinə hücumu barədə məlumat verib

Bakı, 28 sentyabr, AZƏRTAC

Macarıstanın “Daily News Hungary” nəşri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı silahlı təxribatı haqqında məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, agentliyin Macarıstandakı müxbirinin sözügedən nəşrdə yayımladığı materialında Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqına müraciəti və Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatı barədə məlumat verilir. Məlumatda Azərbaycan dövlətinin başçısının və köməkçisinin çıxışlarından əsas tezislər yer alır və xüsusilə qeyd olunur ki, Ermənistan silahlı qüvvələri, məhz mülki şəxsləri və obyektləri hədəfə alır, bununla da onlar 1949-cu il Cenevrə konvensiyalarını pozaraq, hərbi cinayətlər törətmiş olur.

Qeyd edilən çıxışların mətnləri dünən AZƏRTAC-da dərc edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.