DÜNYA


Macarıstan öz anbarlarında strateji qaz ehtiyatlarının az olmasına görə narahatdır

Budapeşt, 4 iyul, AZƏRTAC

Hazırda Macarıstanın qaz anbarları onların ümumi həcminin cəmi 36,3 faizi qədər doludur. Anbarlarda cəmi 2,3 milyard kubmetr qaz var. Halbuki Macarıstanın yeraltı anbarlarının ümumi həcmi 6,33 milyard kubmetr qaz saxlamağa imkan verir.

AZƏRTAC Macarıstanın Baş Energetika və Kommunal Xidmətlər İdarəsinə istinadla xəbər verir ki, bu səviyyə çox aşağıdır. Ölkə strateji qaz ehtiyatlarının artırılması üçün təcili tədbirlər görməlidir.

İdarədən bildiriblər ki, oktyabrın 1-də başlanacaq qış isitmə mövsümünə qədər Dövlət Qaz Şirkəti öz anbarlarında əsasən ev təsərrüfatlarından ibarət olan istehlakçılar üçün tənzimlənən qiymətlər üzrə indikindən iki dəfə çox qaz saxlamalıdır. Qaz ehtiyatlarının təhlükəsiz səviyyəsi 0,94 milyard kubmetrə bərabərdir. Bu, böhran həddi sayılır, yəni ehtiyatların həcmi bundan aşağı olsa həyəcan təbili çalmaq lazımdır. İdarədən bildiriblər ki, oktyabrın 1-dək qaz ehtiyatlarının həcmini 4 milyard kubmetrə çatdırmaq zəruridir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.