DÜNYA


Macarıstan seçicilərinin üçdə iki hissəsi hökumətin miqrasiya siyasətini dəstəkləyir

Budapeşt, 4 oktyabr, AZƏRTAC

Macarıstanın “Nézőpont” institutu tərəfindən gündəlik “Magyar Idők” qəzeti üçün aparılmış sorğu nəticəsində məlum olub ki, ölkənin seçicilərinin üçdə iki hissəsi hökumətin miqrasiya siyasətini dəstəkləyir.

AZƏRTAC həmin sorğunun nəticələrinə istinadla xəbər verir ki, respondentlərin 86 faizi Avropa Birliyi ölkələrinin vətəndaşı olmayan qaçqınların Macarıstan parlamentinin razılığı olmadan bu ölkəyə köçürülməsi üçün Avropa Birliyinə icazə verilməsinin əleyhinə, respondentlərin yalnız 7 faizi isə bunun lehinə olduğunu bildirib.

Sənəddə deyilir ki, 2016-cı ilin payızında bu məsələyə dair referendum keçirildiyi vaxtdan məcburi köçürülməyə qarşı çıxan seçicilərin nisbi sayı həmişə 80 faizdən çox olub.

Sığınacaq axtaran şəxslərin məcburi köçürülməsini dəstəkləyənlərin ən yüksək faizi Budapeştdə qeydə alınıb və bu göstərici 14 faizə bərabərdir, bütün başqa şəhərlər və demoqrafik qruplar üçün bu göstərici 10 faizdən aşağıdır.

Bundan əlavə, sorğu göstərib ki, "Fidesz" partiyasının tərəfdarlarının 97 faizi, "Jobbik" partiyasının tərəfdarlarının 94 faizi və solçu partiyaların tərəfdarlarının57 faizi 2015-ci il sentyabrın 15-də Macarıstanın cənub sərhədinin bağlanmasını dəstəkləyirlər.

Pərvanə Qarayeva

AZƏRTACIN xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.