ELM VƏ TƏHSİL


Macarıstan şirkəti Azİİ e-Kitab Evinə yeni nəşrlər hədiyyə edib

Bakı, 4 oktyabr, AZƏRTAC

Macarıstanın Azərbaycanda fəaliyyət göstərən “MOL Azerbaijan Ltd” şirkətinin icraçı direktoru Atilla Somfaı və şirkətin İnsan resursları və funksional xidmətlər üzrə meneceri Vəfa Rüstəmova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində olublar.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.

Görüşdə ADNSU-nun elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova, Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova və digər əməkdaşlar iştirak ediblər.

A.Somfaı Azİİ e-Kitab Evi ilə əməkdaşlığı davam etdirmək istədiyini bildirib. Kitabxanada tələbələr üçün yaradılan şəraitlə tanış olan A.Somfaı qədim əlyazmalar və kitablarla maraqlanıb.

Yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq “MOL Azerbaijan Ltd” şirkəti tərəfindən Azİİ e- Kitab Evinin bazasına 40 adda kitab hədiyyə olunub. Kitablar ingilis və digər xarici dillərdə olmaqla əsasən lüğətlərdən ibarətdir.

“MOL Group” şirkəti mərkəzi ofisi Budapeşt şəhərində yerləşən beynəlxalq neft və qaz şirkətidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.