DÜNYA
Macarıstan strateji avtomobil yanacağı ehtiyatlarını sərbəstləşdirir
Budapeşt, 8 avqust, AZƏRTAC
Macarıstan Nazirlər Kabineti fiziki şəxslərə satılan avtomobil yanacağının tənzimlənən qiymətini 1 litr üçün 480 forint (1,20 avro) həddində məhdudlaşdırıb və dizel yanacağını strateji ehtiyatlardan çıxarmağı tapşırıb, çünki ölkənin əsas neftayırma zavodu əsaslı təmir üçün bağlanıb.
AZƏRTAC xəbər verir ki, bu məlumatı Baş nazirin dəftərxanasında elan ediblər. Ölkə hökuməti motor yanacağı idxalını xilas etmək üçün limitləşdirilmiş qiymətlər hüququnu məhdudlaşdırıb. Məsələ burasındadır ki, Macarıstan neft qaz şirkəti özünün əsas neftayırma zavodunu əsaslı təmir üçün bağlayır. Bildirilib ki, təmir 2 ay davam edəcək.
Strateji ehtiyatlardan 180 milyon litr dizel yanacağının (bu isə ehtiyat kimi saxlanan dizel yanacağının və xam neftin ümumi həcminin dörddə bir hissəsi deməkdir) sərbətləşdirilməsi qərarı ilə əlaqədar, yanacaq tədarükü azalacaq. Avstriyanın Şvexat şəhərindəki OMV neftayırma zavodunun yenidən işə salınmasının ləngiməsi də bazarda motor yanacağının qiymətlərinə təsir edib.
Bu tədbirlər hökumət portalında dərc edilmiş fərmanlarda ətraflı şərh edilib. Qanunda nəzərdə tutulur ki, müəssisələr tərəfindən istismar edilən nəqliyyat vasitələri motor yanacağına görə ödənişi bazar qiymətləri üzrə aparmalıdırlar. Bu qanun taksilərə aid deyil.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt