DÜNYA
Macarıstan texniki peşə təhsili islahatlarına başlayır
Macarıstan, 18 mart, AZƏRTAC
Texniki peşə təhsili müəssisələrinin şagirdlərinə buraxılış imtahanlarını verərək ali məktəbdə təhsil almaq imkanı yaradılması məqsədilə Macarıstan texniki peşə təhsili sistemi modernləşdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə mətbuat konfransında ölkənin innovasiya və texnologiya naziri Laslo Palkoviç bildirib. Universitetlər üçün buraxılış imtahanları təqdim edən “Peşəkar təhsil 4.0” adlanan hökumət strategiyasına müvafiq olaraq, yekun imtahan da daxil edilməklə, təhsil prosesi dördillik formatdan beş illiyə yenidən təşkil olunacaq. Onun sözlərinə görə, texniki peşə təhsili müəssisələrinin ibtidai kurslarında təhsil alanlara dövlət subsidiyası veriləcək, ikili təhsili olan şəxslərə isə oxuduqları müddətdə müvəqqəti olaraq əməkhaqqı daxil olunmaqla işçi müqaviləsi təqdim ediləcək. Palkoviçin fikrincə, təhsilini yuxarı siniflərdə (Macarıstanda bu, gimnaziyalar hesab edilir) davam etdirməyən yeniyetmə qız və oğlanlara özlərinin ali məktəbdən əvvəlki təhsillərini peşə seminarlarında başa çatdırmaq imkanı yaradılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]