İDMAN


Macarıstan və Azərbaycanın futbol üzrə komandalarının start heyətləri açıqlanıb

Bakı, 13 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakı vaxtı ilə saat 20:00-da Macarıstan və Azərbaycan milli komandaları qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, Budapeştin “Groupama Arena” stadionunda keçiriləcək oyun üçün komandaların start heyətləri açıqlanıb.

Millimizin start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Şəhriyar Rəhimov, Riçard Almeyda, Eddi İsrafilov, Qara Qarayev, Ramil Şeydayev, Ağabala Ramazanov və Təmkin Xəlilzadə yer alıblar.

Macarıstan yığmasının ilk on birliyində meydana Qulasi, Orban, Barath, Lovrençiç, Korxut, A.Naqi, Laszlo, Djujdak, D.Naqi, Soboslai və Salayi çıxacaqlar.

Oyunun baş hakimi Dennis Higler olacaq. Ona Yohan Balder və Yoost van Zuylen kömək edəcək. Bas Niyhuys isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Miroslav Liba (Çexiya) hakim-inspektoru, Ariel Kennet Şayman (İsrail) isə UEFA nümayəndəsi qismində olacaq.

Hazırda E qrupunda Macarıstan 9 xalla 3-cü, Azərbaycan 1 xalla 5-ci pillədə qərarlaşıb.

Hər iki komanda oyuna itkilərlə çıxacaq. Azərbaycan yığmasında Maksim Medvedev, Anton Krivotsyuk və Dmitri Nazarov cəzalı, Səlahət Ağayev və Mahir Emreli zədəlidirlər. Əvəzində Bəhreynə 3:2 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə çıxış etməyən Qara Qarayev və Pavel Paşayev artıq formadadırlar. Komandanı matça kapitan sarğısı ilə Qarayev çıxaracaq.

Macarıstan millisində isə Laslo Klyaynhaysler cəzalı olduğu üçün oynamayacaq. Komanda üçün ən böyük cəza isə əvvəlki matçlarda irqçi davranışları səbəbindən azarkeşlərin stadiona girməsinə qadağa qoyulmasıdır. Bu səbəbdən matçı tribunalardan yalnız 14 yaşadək təxminən 15 min uşaq izləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.