QAN YADDAŞI


Macarıstanda 20 Yanvar faciəsi ilə bağlı videokonfrans təşkil edilib VİDEO

Budapeşt, 19 yanvar, AZƏRTAC

Azərbaycanın Macarıstandakı səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar videokonfrans təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə 20 Yanvar hadisələri haqqında geniş məlumat verib. O, tariximizin bu qanlı səhifəsinin Azərbaycan Respublikasının müstəqilliyinin bərpasındakı rolu, Ümummilli Lider Heydər Əliyevin Qanlı Yanvar hadisələrindən dərhal sonra verdiyi bəyanat haqqında danışıb.

Macarıstanın nüfuzlu ekspertlərindən biri olan, “Mateus Korvinus Kollegium” beyin mərkəzində Diplomatiya Departamentinin direktoru sabiq səfir Raymund Kiş çıxışında Qanlı Yanvar hadisələrinin Macarıstanda müstəqillik hadisələri ilə oxşarlığını qeyd edib. O, müstəqilliyi bərpa etmiş və demokratik ölkələrə çevrilmiş Azərbaycan və Macarıstanın ikitərəfli əlaqələrində əldə etdikləri nailiyyətlərdən söz açıb, strateji səviyyədəki bu münasibətlərin beynəlxalq müstəvidə nümunə olduğunu vurğulayıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.