DÜNYA


Macarıstanda Soros və Yunkerin portretlərini uşaq artımı plakatları əvəz edəcək

Budapeşt, 9 mart, AZƏRTAC

Macarıstanın FIDES partiyasının da üzvü olduğu Avropa Xalq Partiyasının və Avropa Komissiyasının sərt tənqidlərindən sonra Budapeşt Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerin və maliyyəçi Corc Sorosun təhqir olunduğu plakatların növbəti həftədən macar paytaxtının küçələrindən yığışdırılması barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, təhqiredici kontekstdə olan bu plakatlardan ötrü Avropa Xalq Partiyasının rəhbərliyi Macarıstanın Baş naziri Viktor Orbanın rəhbərlik etdiyi partiyanı öz sıralarından çıxaracağı ilə təhdid edib. “Nepsava” qəzetinin məlumatına görə, həmin plakatlar yeniləri ilə əvəzlənəcək. Hökumətin təzə plakatları ailə planlaması və vətəndaşları uşaq doğumunun artırılmasına səsləyən məzmunda olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.