DÜNYA


Macarıstanda antisemitizm zəminində baş verən cinayətlər getdikcə azalır

Budapeşt, 13 aprel, AZƏRTAC

Avropanın digər hissələrindən fərqli olaraq, Macarıstanda antisemitizm zəminində baş verən cinayətlərin sayı 2018-ci ildə azalıb.

AZƏRTAC “Tett es Védelem” fondunun illik hesabatına istinadla xəbər verir ki, ötən il bütün yəhudilərə, o cümlədən etnik yəhudilərə qarşı nifrət zəminində 32 cinayət hadisəsi törədilib. Bu, 2017-ci illə müqayisədə 4 hadisə azdır. 2016-cı ildə 48, 2015-ci ildə 52 və 2014-cü ildə 37 buna bənzər hadisə baş vermişdi. 2018-ci ildə baş verən 33 hadisədən üçü fiziki hücuma, onu vandalizm aktına, qalan 19-u isə nifrətin qızışdırılmasına aid edilib. Bütün hallarda qanunpozucu qismində kişilər çıxış ediblər və qeydə alınan bütün cinayətlər planlaşdırılmayan xarakter daşıyıb. Hesabatda, həmçinin qeyd olunur ki, bütün yəhudilərə, o cümlədən etnik yəhudilərə münasibətdə nifrət zəminində cinayətlər 2018-ci ildə Avropanın iki ən böyük yəhudi icmalarında – Böyük Britaniyada və Fransada əhəmiyyətli dərəcədə yüksək olub.

Fond öz tədqiqatlarını Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının təklif etdiyi metodologiya əsasında aparıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.