DÜNYA
Macarıstanda bələdiyyə seçkiləri bundan sonra həmişə Avropa Parlamentinə seçkilər günü keçiriləcək
Budapeşt, 18 avqust, AZƏRTAC
Macarıstan parlamentinin bu gün keçirilən iclasında yeni qanun qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bundan sonra Macarıstanda yerli hakimiyyət orqanlarına və Avropa Parlamentinə seçkilər eyni gündə keçiriləcək. Bələdiyyə seçkiləri tarixinin Avropa Parlamentinə seçkilərlə üst-üstə düşməsini nəzərdə tutan Konstitusiya dəyişikliyi 140 səslə bəyənilib, 36 nəfər layihənin əleyhinə səs verib, bitərəf qalan olmayıb.
2024-cü ildə ölkədə yerli seçkilər Avropa Parlamentinə seçkilərin tarixindən asılı olaraq oktyabr ayından yazın sonu – yayın əvvəlinə keçiriləcək.
Düzəlişin müəllifləri bu qərarı əsaslandıraraq bildiriblər ki, seçkilərin eyni vaxtda keçirilməsi əhəmiyyətli qənaətə gətirib çıxaracaq. Onlar əlavə ediblər ki, bu ilin aprel ayında referendumun ümumxalq seçkiləri ilə eyni tarixdə keçirilməsi 3 milyon avrodan artıq vəsaitə qənaət etmək imkanı verib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]