DÜNYA


Macarıstanda çoxuşaqlı ailələrə 31 min avroluq analıq kapitalı ayrılacaq

Bakı, 11 fevral, AZƏRTAC

Macarıstanın Baş naziri Viktor Orban ölkədə doğuşların sayının artırılması və bu məqsədlə analara 31 min avroluq subsidiya ayrılması üzrə planın tətbiq olunacağını elan edib.

AZƏRTAC MTI informasiya agentliyinə istinadla xəbər verir ki, plana əsasən, 40 yaşdan cavan hər bir qadın ilk evliliyi dövründə sərbəst istifadə etmək üçün dövlətdən 31 min 417 avro dəyərində faizsiz kredit alacaq. İlk uşaq dünyaya gəldikdə kreditin ödənişi üç il dayandırılacaq, ikinci uşaq doğulduqda dövlətə qaytarılmalı olan məbləğ 10 min dollara qədər azaldılacaq, üçüncü uşaqdan sonra isə ana bütün kreditdən azad ediləcək.

Bundan başqa, dövlət büdcəsinə ev alan və sadələşdirilmiş ipoteka götürən çoxuşaqlı ailələr üçün kredit proqramının asanlaşdırılması üzrə bənd əlavə edilib. Həmçinin üçuşaqlı ailələr miniven aldıqları zaman 7,5 min avro məbləğində kredit götürə biləcək. Dörd və ya daha çox uşağı olan qadınlar isə ömürlərinin sonuna qədər vergi ödəməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.