ELM VƏ TƏHSİL
Macarıstanda daha bir təqaüd proqramı
Bakı, 18 yanvar, AZƏRTAC
Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2019-2020-ci tədris ili üçün təqaüd proqramı elan edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, proqrama əsasən, magistratura səviyyəsində bitkilərin mühafizəsi, kənd təsərrüfatının inkişafı və aqrobiznes, kənd təsərrüfatı üzrə biotexnologiya ixtisaslarına təqaüdlər təklif olunur. Təqaüd proqramının tədris dili ingilis dilidir. Təhsil haqqı, tibbi sığorta, yataqxana və yaşayış xərcləri Macarıstan hökuməti tərəfindən ödəniləcək. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri fevralın 28-dək REU-[email protected] elektron poçt ünvanına göndərməlidirlər. Müsabiqədə yalnız 30 yaşadək namizədlər iştirak edə bilərlər.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]