DÜNYA


Macarıstanda daşınmaz əmlakın qiymətlərində stabillik müşahidə olunur

Budapeşt, 7 sentyabr, AZƏRTAC

Macarıstan daşınmaz əmlaka qoyulan qiymətlərin dəyişməsi üzrə Avropa İttifaqına üzv 27 ölkə arasında sonuncu yeri tutur.

AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın “Budapest Business Journal” (BBJ) işgüzar qəzeti bildirir. Ötən ilin analoji dövrü ilə müqayisədə Macarıstanda daşınmaz əmlak qiymətləri 5,4 faiz aşağı düşüb. Bununla yanaşı, bütün Avropa İttifaqı məkanında kifayət qədər fərqli mənzərə müşahidə olunur. İş orasındadır ki, bu il ölkələrin əksəriyyətində qiymətlərin dəyişən artımı nəzərə çarpır.

İllik hesablamada 12,3 faiz göstərici ilə Lüksemburq birincidir. Estoniyada isə ötən ilin analoji dövrü ilə müqayisədə evlərin qiyməti orta hesabla 10 faiz artıb. Macarıstandan başqa qiymətlərin aşağı düşdüyü yeganə ölkə İrlandiyadır.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.