DÜNYA


Macarıstanda fəhlə əməyinin nüfuzu artır

Budapeşt, 10 noyabr, AZƏRTAC

Macar fəhlələri artıq əvvəlki illərdən fərqli olaraq düşünmürlər ki, onların peşələri ofisdə işləyən “ağ yaxalıqlı” işçilərdən daha az nüfuzludur.

AZƏRTAC “profession.hu” portalına istinadla xəbər verir ki, onların bu qənaətə gəlməsi son illər ölkədə fəhlə əməyinin daha yüksək qiymətləndirilməsi ilə bağlıdır. Belə ki, yüksək ixtisaslı fəhlələri qoruyub saxlamaq istəyən bir çox şirkətlər onlara ofis işçiləri ilə müqayisədə 19 faiz çox əməkhaqqı verirlər.

Bununla bağlı sorğuda iştirak edən respondentlərin əksəriyyəti hesab edir ki, ixtisaslı fəhlə işləmək maddi cəhətdən ofisdə çalışmaqdan daha sərfəlidir.

“Global HR” hesabatlarında göstərilir ki, 2011-ci ildə şirkətlərin 24 faizi, 2017-ci ildə isə 57 faizi fəhlələrin maaşını qaldırıblar. Hətta ötən il sahibkarların 23 faizi fiziki əməklə məşğul olanların əməkhaqqını iki dəfə artırıblar. Hazırda inzibatçılar, şəxsi köməkçilər və menecerlərin orta əməkhaqqı ixtisaslı fəhlələrdən 19 faiz azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.