DÜNYA


Macarıstanda gənc dul qadın müəmmalı şəraitdə 123 milyon dollar mirasa sahib olub

Budapeşt, 12 oktyabr, AZƏRTAC

Bu günlərdə macar ictimaiyyətini maraqlı mövzu narahat edir.

AZƏRTAC Macarıstan KİV-lərinə istinadla xəbər verir ki, cari ilin yanvarında vəfat edən macarıstanlı mediamaqnat Andi Vayna özündən sonra böyük məbləğdə, 123 milyon dollar dəyərləndirilən varidat qoyub.

Ölməmişdən əvvəl o, özünün cavan dul arvadı Timea ilə bərk mübahisə edib, lakin boşanmanı sənədləşdirməyə macal tapmayıb. Andi Vayna vəsiyyətnamə ilə arvadına hətta bir sent belə saxlamayıb. Vəkillərin sərəncamında olan vəsiyyətnamənin surətində kimə nə qədər miras qalacağı aşkar görünür, sənəddə adıçəkilənlər arasında dul qadının adı göstərilmir.

Lakin vəsiyyətnamənin orijinalı müəmmalı şəkildə itib və tapılmayıb. Macarıstan qanunlarına görə, bütün varidat mərhumun məhz formal dul qadınına çatacaq.

Bu xəbər təkcə KİV səhifələrindən və televizor ekranlarından uzaqlaşmır, həm də ölkə hüquqşünasları mühitində elmi debatlar yaradıb. Lakin nə etmək olar – qanun qanundur.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.