DÜNYA


Macarıstanda inflyasiya rekordlar qırır

Budapeşt, 17 avqust, AZƏRTAC

Bütün Avropada istehlak mallarının qiymətlərinin artması rekord səviyyə çatıb. Bunun səbəbləri bir sıra makroiqtisadi iqtisadi amillərlə, ilk növbədə Ukrayna hadisələri ilə bağlıdır. Müharibə və onunla bağlı siyasi xarakterli tədbirlər enerji daşıyıcılarının qiymətlərinin artmasına rəvac verib. Sonrakı hadisələr zəncirvari inkişaf edib.

Macarıstan da bu proseslərdən kənarda qalmayıb. İyul ayında bu ölkədə inflyasiya 13,7 faizə çatıb. AZƏRTAC xəbər verir ki, bu, son 24 ildə rekord göstəricidir. Baza inflyasiyası daha yüksək – 16,7 faiz olub. Bu ilin əvvəlki aylarında bahalaşan əsasən ərzaq məhsulları olub, qarşıdakı aylarda isə enerji daşıyıcılarının dəyərinin artması inflyasiyanı daha da gücləndirəcək.

Macarıstan Mərkəzi Bankı qiymətlərin artmasına cavab tədbiri kimi bu il əsa faiz dərəcəsini 800 baza bəndindən çox artırıb. Həmin göstəricinin axırıncı dəfə keçən ay 200 baza bəndi qədər artırılıb.

Macarıstanın milli valyutası forint avro ilə müqayisədə nəzərəçarpacaq dərəcədə zəifləyir. Ukraynada hərbi əməliyyatlar başlayandan sonra yaranmış iqtisadi şoklar nəticəsində inkişaf etməkdə olan ölkələrin bazarlarında ən pis nəticələrdən biri qeydə alınıb.

 
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.