DÜNYA


Macarıstanda kadr “axıсılığı” sürətlənir

Budapeşt, 21 iyun, AZƏRTAC

Avropa İttifaqının məşğulluq, sosial məsələlər və işçi qüvvənin mobilliyi məsələləri üzrə komissiyasının sifarişi ilə Mərkəzi Avropanın bir sıra ölkəsində keçirilən sorğu əmək miqrasiyasının və kadr “axıcılığı”nın sürətlənməsini aşkara çıxarıb.

AZƏRTAC xəbər verir ki, Macarıstanda keçirilən sorğuda təqribən 1500 işəgötürən və 17 min əməkdaş iştirak edib. Nəticələr göstərib ki, əməkdaşların 40 faizi il ərzində işdən çıxmağa hazırdır, həm də onların əksəriyyəti yüksək vəzifəyə keçmək niyyətindədir. İşəgötürənlərin üçdə ikisinin (68 faiz) fikrincə, əmək miqrasiyası sürətlənib. Yeni vəzifə axtaranlar əsasən daha yüksək məvacibli (35 faiz), tezuyğunlaşan (32 faiz) və karyera pilləsində irəliləyişi olan (25 faiz) digər variantları nəzərdən keçirirlər.

Koronavirus pandemiyasının əmələ gətirdiyi qeyri-müəyyənlik səbəbindən insanlar az ehtimalla işlərini dəyişiblər. İndi isə çoxları pandemiya dövründə təxirə saldıqları planlarını həyata keçirir.

Əmək miqrasiyasının sürətlənməsi işəgötürənlərin göstəricilərinə mənfi təsir edir.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.