İDMAN
Macarıstanda keçirilən yaz festivalında şahmatçılarımızın çıxışları davam edir
Bakı, 16 aprel, AZƏRTAC
Bu gün Macarıstanın paytaxtı Budapeştdə şahmat üzrə yaz festivalının səkkizinci turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, növbəti turda Azərbaycan şahmatçıları Vüqar Əsədli Hindistan təmsilçisi Aryan Çopra, Zaur Bayramov polşalı Pyotr Nguyen, Nail Bəşirli isə Hindistanın digər şahmatçısı Vuppala Prraneç ilə mübarizə aparacaq.
Qeyd edək ki, ötən turda V.Əsədli ukraynalı Vitali Bernadskiyə qalib gəlib, Z.Bayramov Hindistan təmsilçisi Racpara Ankitlə heç-heçə edib, N.Bəşirli isə israilli Ariel Erenberə məğlub olub. Yeddi turun nəticəsinə görə, Vüqar Əsədli 5, Zaur Bayramov 4, Nail Bəşirli isə 3,5 xal toplayıb.
Turnirdə 36 ölkədən 150-yə yaxın şahmatçı iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:12]
“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub
- 25.04.2024 [12:53]
Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq
- 25.04.2024 [11:58]
Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam
- 25.04.2024 [11:06]
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
- 25.04.2024 [10:46]
“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq
- 25.04.2024 [10:37]