DÜNYA


Macarıstanda qəbul imtahanlarının suallarının sızdırılmasında təqsirləndirilən şəxs həbs edilib

Budapeşt, 17 iyun, AZƏRTAC

Macarıstan polisi ikigünlük araşdırmadan sonra qəbul imtahanlarında tarix fənnindən sualların sızdırılmasında təqsirləndirilən kişinin şəxsiyyətini müəyyən edib və həmin şəxs həbs olunub.

AZƏRTAC xəbər verir ki, şübhəli şəxs qismində saxlanılmış 40 yaşlı mətbəə işçisi polis tərəfindən dindirilib. Həmin şəxs ona təqdim olunan ittihamı qəbul edib, lakin sübutlar toplanması davam edir. Subay və uşağı olmayan, baş vermiş hadisədə heç bir şəxsi marağı olmayan bu adam “məxfi məlumatları yaymaqda” ittiham edilir.

Tarix fənnindən qəbul imtahanından sonra məlum olub ki, ölkədə bütün şagirdlər imtahana azı bir gün qalmış suallardan xəbərdar imişlər. Daha sonra inşa yazının skrin edilmiş dəqiq mövzuları “Facebook”da yayılıb. Bu zaman heç kim hələ bu mövzuların real, yoxsa saxta olmasını müəyyən edə bilməzdi. Lakin imtahan zamanı bütün ölkə üzrə eyni zamanda açılan zərfdə məhz həmin mövzular aşkarlananda hamıya məlum olub ki, bu, heç də saxta məlumat deyilmiş.

Təhsil Nazirliyi məlumatın sızdırılmasından xəbər tutandan sonra polislə əlaqə yaradıb və təhqiqat aparılması üçün ərizə ilə müraciət edib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.