DÜNYA
Macarıstanda saxlanılan şəxsin İŞİD terrorçusu olduğu üzə çıxıb
Budapeşt, 24 mart, AZƏRTAC
Hələ Yeni il ərəfəsində Macarıstanda ölkəyə saxta sənədlərlə daxil olmaq istəyən 27 yaşlı suriyalının İŞİD-in “veteranı” olduğu məlum olub. Bu, saxlanılan həmin şəxslə bağlı ölkənin hüquq-mühafizə orqanlarının araşdırmasından sonra üzə çıxıb.
AZƏRTAC macar KİV-nə istinadla xəbər verir ki, saxlanılan suriyalı üç il ərzində terror təşkilatının apardığı döyüşlərdə iştirak edib. Ona qarşı terror aktına bərabər tutulan birinci dərəcəli qətl ittihamı irəli sürülüb. “İndex.hu” saytının məlumatına görə, ötən il dekabrın 30-da saxlanılan suriyalı şərti cəza ilə həbsxanada saxlanılıb və onun barəsində geniş araşdırma aparılıb. Onun Homs şəhərində İŞİD-ə qoşulmaq istəməyən adamın edamında iştirakı və cinayət tərkibli digər videokadrları üzə çıxarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]