ELM VƏ TƏHSİL


Macarıstanda təhsil alan azərbaycanlı tələbə və məzunlarla görüş VİDEO

Budapeşt, 9 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Macarıstanda təhsil alan azərbaycanlı tələbə və məzunlarla görüş keçirib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.

Görüş zamanı nümayəndə heyətinin üzvləri tərəfindən azərbaycanlı tələbə və məzunların sualları cavablandırılıb, onların akademik uğurları və gələcək fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.