SİYASƏT


Macarıstanda təhsil alan azərbaycanlı tələbələr “airbnb.com” saytının rəhbərliyinin adına petisiyanı imzalamağa səsləyirlər

Budapeşt, 28 iyul, AZƏRTAC

Macarıstanda təhsil alan azərbaycanlı tələbələr sayıqlıq göstərərək internetdə ermənilərin növbəti alçaq provokasiyasını aşkarlayıblar.

AZƏRTAC xəbər verir ki, istifadəçilərinin əsasən bahalı mehmanxanalarda yerləşməyə imkanı olmayan az büdcəli turistlərin olduğu “airbnb.com” saytı turistlərə (?) Azərbaycanın işğal edilmiş ərazilərində kirayə evlər təqdim edilməsi barədə reklam yerləşdirib.

Tələbələr vaxt itirmədən, “airbnb.com” saytının menecmentinin ünvanına Dağlıq Qarabağdakı bütün daşınmaz əmlak obyektlərinin bu saytda yerləşdirilən reklamlarını dərhal çıxarmaq tələbi ilə petisiya tərtib ediblər.

Tələbələr dünyanın hər bir yerində yaşayan soydaşlarımıza bu linkdə yerləşən petisiyanı imzalamaq çağırışı ilə müraciət edirlər: https://www.change.org/p/airbnb-remove-illegal-airbnb-listings-in-nagorno-karabakh

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.