Macarıstanın “Arcanum” firmasının icraçı direktoru Milli Kitabxanada olub
AzerTAg.az

Bakı, 30 yanvar, AZƏRTAC
ADA Universiteti Macarıstanın “Arcanum” rəqəmsal nəşriyyat qurumunun rəhbərliyini bir sıra görüşlər və birgə layihələr həyata keçirmək məqsədilə Azərbaycana dəvət edib.
Yanvarın 30-da Macarıstanın “Arcanum” müəssisəsinin icraçı direktoru Elöd Biszak Milli Kitabxanada olub.
AZƏRTAC xəbər verir ki, görüş zamanı qonağa Milli Kitabxana və kitabxanada həyata keçirilən digitallaşdırma işi haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, kitabxanada 2008-ci ildən etibarən müstəqil şəkildə 1 milyondan artıq resurs digitallaşdırılıb. 2020-ci ildə Milli Kitabxana “Azərbaycanda milli elektron kitabxana” layihəsini irəli sürüb, lakin müəllif hüquqlarının qorunmasına səbəbindən bu layihə həyata keçirilməyib.
Görüşün sonunda bildirildi ki, əgər “Azərbaycanda milli elektron kitabxana” yaratmaq layihəsi baş tutarsa, o zaman Macarıstanın “Arcanum” müəssisəsi kimi şirkətlərə müraciət edə bilərik.
Daha sonra qonağa Milli Kitabxana və Azərbaycan xalçaları haqqında kitablar, habelə Azərbaycanın tarixi və mədəniyyət abidələrinin xəritəsi hədiyyə edilib.
Xəbərin mətnində orfoqrafik səhv var