Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Macarıstanın Baş naziri Viktor Orbandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Sizə ən xoş arzularımı çatdırıram.

Çox məmnunam ki, ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir. Macarıstan Azərbaycanı Cənubi Qafqaz regionunda özünün mühüm iqtisadi və ticarət tərəfdaşı hesab edir. Əmin ola bilərsiniz ki, Macarıstan Hökuməti ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə çatmış əməkdaşlığımızın daha da gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirməyə hazırdır.

Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

 

Viktor Orban

Macarıstanın Baş naziri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin