DÜNYA


Macarıstanın Baş naziri qanunsuz miqrasiyanın qarşısını aldığı üçün Misirə təşəkkürünü bildirib

Qahirə, 13 oktyabr, AZƏRTAC

Macarıstanın Baş naziri Viktor Orban Vişeqrad qrupunun (Macarıstan, Çexiya, Slovakiya, Polşa) Budapeştdə keçirilən Zirvə görüşündə iştirak edən Misir Prezidenti Əbdülfəttah əl-Sisiyə qanunsuz miqrasiyanın qarşısını aldığına görə təşəkkürünü bildirib.

AZƏRTAC Misir Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Zirvə görüşünün yekunlarına dair mətbuat konfransında çıxış edən Macarıstanın hökumət başçısı qeyri-leqal miqrasiyanın Avropa üçün ən ciddi problemlərdən biri olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, Misir bu prosesin qarşısını almasaydı, indi vəziyyət daha fəlakətli olardı. Macarıstanın Baş naziri bildirib ki, 2016-cı ildən bəri Afrikanın yoxsul və qeyri-sabit ölkələrindən miqrasiyanın qarşısını almaq məqsədilə Avropa İttifaqı və rəsmi Qahirə səmərəli əməkdaşlıq edirlər.

Misir Prezidenti çıxışında qeyd edib ki, onun ölkəsi Afrikadan Aralıq dənizi vasitəsilə Avropaya kütləvi qanunsuz miqrasiyanın qarşısını almaq üçün xüsusi plan hazırlayıb və həyata keçirib. Onun sözlərinə görə, hazırda Misirdə 6 milyon nəfərə yaxın afrikalı miqrant var və onlarla qonaq kimi rəftar edilir. Əbdülfəttah əl-Sisi bildirib ki, Avropa İttifaqı Misirin dövlət sərhədlərinin möhkəmləndirilməsi məqsədilə yeni təkliflər irəli sürüb və rəsmi Qahirə onları nəzərdən keçirir. O, eyni zamanda, Brüssel və NATO-nu regionda davam edən və qanunsuz miqrasiyanı tətikləyən silahlı münaqişələrə son qoyulması istiqamətində təsirli tədbirlər görməyə çağırıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.