YUBİLEY TƏBRİKLƏRİ
Macarıstanın Daily News Hungary nəşrinin həmtəsisçisi və baş redaktoru
Alpar Kato
- Hörmətli AZƏRTAC,
AZƏRTAC informasiya agentliyi düz 100 il əvvəl, 1920-ci ildə yaradılıb. Bu yubiley münasibətilə "Daily News Hungary" nəşrinin kollektivi adından AZƏRTAC-a və bütövlükdə Azərbaycana öz təbriklərimi çatdırıram.
100 il olduqca uzun ömürdür. Bu müddət ərzində bir çox müharibələr başlayıb və bitib, imperiyalar yaranıb və süquta uğrayıb. Ancaq AZƏRTAC-ın yıxılmaz qala kimi bugünə qədər qalması və fəaliyyət göstərməsi heyranedicidir. Ötən əsrdə dünyada baş verən bütün narahatedici hadisələrə baxmayaraq, AZƏRTAC xəbər agentliyi olaraq fəaliyyət göstərməyə davam edib və öz fəaliyyətini daha da təkmilləşdirib.
Son dövrlərədək Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti vəzifəsini icra etmiş AZƏRTAC-ın İdarə Heyətinin sədri cənab Aslan Aslanovu ayrıca təbrik etmək istərdim.
AZƏRTAC xəbər agentliyi 8 dildə informasiya hazırlayır. Azərbaycan və macar xalqları qardaş xalqlardır. Əlbəttə ki, bunu qurumlarımızın kollektivi arasındakı sıx əlaqələrdən görmək olar.
Ümid edirəm ki, növbəti 100 il də ilk yüzillik fəaliyyətinizin tarixində olduğu kimi hamınız üçün uğurlu olacaq. Möhtəşəm fəaliyyətinizin davamlı olmasını arzu edirəm!
AZƏRTAC, irəli!