SİYASƏT


Macarıstanın “Magyar Nemzet” nəşri azərbaycanlı jurnalistlərin Kəlbəcərdə minaya düşmələri barədə məlumat dərc edib

Budapeşt, 6 iyun, AZƏRTAC

Macarıstanın “Magyar Nemzet” nəşri “İki azərbaycanlı jurnalist minaya düşərək həlak olub” adlı məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, nəşrdə Azərbaycanın işğalından azad edilmiş, lakin hələ də minalardan tam təmizlənməmiş Kəlbəcər rayonu ərazisində cümə günü baş vermiş faciədən söhbət gedir.

Məlumatda bildirilir ki, “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) aparıcı müxbiri Məhərrəm İbrahimovun (Əlioğlu) və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kəndi üzrə nümayəndəsinin müavini Arif Əliyevin olduğu nəqliyyat vasitəsi həmin kəndin yaxınlığında yerli vaxtla təxminən səhər saat 11-də tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində Sirac Abışov, Məhərrəm İbrahimov və Arif Əliyev şəhid olub və digər dörd nəfər yaralı isə xəstəxanaya çatdırılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə bəyanatında Ermənistan tərəfinin minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi pislənilir və belə bir yanaşmanın beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərinə zidd olması vurğulanır.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.