DÜNYA
Macarıstanın Ukraynadakı konsulu persona non-qrata elan edilib
Kiyev, 4 oktyabr, AZƏRTAC
Macarıstanın Ukraynanın Zakarpartye vilayətinin Bereqovo şəhərindəki konsulu persona non-qrata elan edilib. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu barədə nota Macarıstanın Ukraynadakı səfiri Erno Keşkenoya təqdim edilib. Venesiya Konvensiyasına görə, konsul 72 saat ərzində Ukraynanı tərk etməlidir.
Xatırladaq ki, bir müddət öncə Ukrayna KİV-lərində konsulun ukraynalılara Macarıstan pasportları verdiyinin əks olunduğu video yayılıb. Bundan sonra Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Macarıstanla bağlı kəskin bəyanat verib. Bunun qarşılığında Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanın atacağı hər hansı addıma ölkəsinin tutarlı cavab verəcəyini bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev