DÜNYA


Macarıstanın hakim partiyası Rusiyadan neft və qaz idxalına qoyulan qadağanın əleyhinədir

Budapeşt, 26 may, AZƏRTAC

Macarıstanın hakim FİDES partiyası Rusiya neft və qazının idxalına qadağa qoyulması mövzusunda öz mövqeyini bir daha təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, yüksək vəzifəli partiya funksioneri Laslo Layoş “Magyar Nemzet” gündəlik qəzetində dərc olunmuş müsahibəsində “Rusiyadan neft və qaz idxalına Avropa İttifaqının lobbiçilik etdiyi qadağanın Ukraynaya kömək etməyəcəyini, bunun əvəzində Macarıstan iqtisadiyyatına ziyan vuracağını” bildirib.

L.Layoş qeyd edib ki, fövqəladə vəziyyətdə hökumət sürətli və effektli hərəkət etmək imkanına malik olmalıdır. Bu səbəbdən də hökumət öz ölkəsinin yekunda macarların büdcəsinə zərbə vuracaq sanksiyalara qoşulmasına yönələn hər hansı kənar təzyiqləri dərhal rədd edib.

Onun sözlərinə görə, siyasətçilər belə düşünülməmiş qərarlar qəbul etməzdən əvvəl bu qərarların əslində kimə xidmət etdiyini və kimə xələl gətirdiyini ətraflı götür-qoy etməlidirlər. Rusiyadan neft və qaz idxalına qadağa Ukraynaya kömək etməyəcək, hərbi əməliyyatları dayandıra bilməyəcək, əvəzində Avropa nəzərəçarpacaq dərəcədə yüksək qiymətlə enerjidaşıyıcıları almağa məcbur olacaq.

“Bu düşünülməmiş embarqo siyasəti ilə Avropa İttifaqı Rusiyanı deyil, özünü cəzalandıracaq”, - deyə siyasətçi vurğulayıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.