MƏDƏNİYYƏT


Macarıstanın mehmanxana biznesi inkişaf edir

Budapeşt, 11 sentyabr, AZƏRTAC

2019-cu ilin iyununda Macarıstanın mehmanxana sektorundan mədaxil Budapeşt də daxil olmaqla, ölkə üzrə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə, 13,3 faiz artıb. Paytaxtın hüdudlarından kənarda artım 13,2 faiz, Balaton ətrafında isə 11,3 faiz təşkil edib. Ümumi gəlirin 32,5 faizi ölkədaxili tələbatın, 67,5 faizi isə əcnəbi qonaqların payına düşür. Ötən illə müqayisədə bu göstəricilərdən birincisi 6,9 faiz, ikincisi isə 9,7 faiz artıb.

AZƏRTAC bu barədə Macarıstanın Mehmanxana və Restoran Biznesi Assosiasiyasının məruzəsinə istinadla xəbər verir.

Cari ilin birinci yarısında Macarıstan mehmanxanaları digər ölkələrdəki müvafiq bizneslərlə müqayisədə də yaxşı nəticə əldə ediblər. Macarıstan Mərkəzi və Şərqi Avropada bir nömrə üçün ümumi dəyəri 62,2 avro göstərici ilə ikinci yeri tutub. İrəlidə yalnız Avstriya olduğu halda, Çexiya, Polşa və Slovakiya aşağı yerlərdədir. Məhz həmin dövr ərzində Budapeşt göstərilən regionun paytaxtları arasında Vyana və Praqadan sonra 64,5 avro göstəricisi ilə üçüncü yeri tutub. Lakin Varşava və Bratislavadan yuxarı sıradadır. İyunun sonuna macar müştəriləri tərəfindən gecə müsafirliyi üçün ödənişin miqdarı 0,3 faiz, əcnəbilər tərəfindən isə 0,5 faiz artıb.

Bu ilin birinci yarısında Macarıstanda dördü Budapeştdə olmaqla (“Meininger hotel”, “Mystery hotel”, “Hilton Garden Inn”, “Párisi udvar” – ümumilikdə 590 nömrə), 5 yeni mehmanxana açılıb. Paytaxt hüdudlarından kənarda, Fadd-Dombori kurortunun ərazisində isə “Donautica étterem és hotel” istifadəyə verilib.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.