DÜNYA


Macarıstanın vaksin tədarükündə yaranmış boşluğu Çinin “Sinofarm” şirkəti dolduracaq

Budapeşt, 27 aprel, AZƏRTAC

Belçikanın koronavirusa qarşı “Janssen” vaksininin Macarıstana çatdırılmasında gecikmə ilə əlaqədar yaranmış boşluğu macarlar Çinin “Sinofarm” şirkətinin preparatı ilə dolduracaqlar.

AZƏRTAC xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bəyan edib. Nazir ölkə vətəndaşlarına “Facebook” vasitəsilə etdiyi videomüraciətdə bildirib ki, onun idarəsi sözügedən preparatın may ayına planlaşdırılan tədarükünün müəyyən hissəsinin aprel ayına köçürülməsi barədə Çin istehsalçısı ilə razılığa gələ bilib. “Xoşbəxtlikdən çinlilər bizim hansı çətinliklərlə qarşılaşdığımızı başa düşürlər. Biz çinli partnyorlarımızla qərara gəlmişik ki, aprel ayı üçün planlaşdırılan 400 min dozaya daha 600 min doza əlavə olunsun. Beləliklə, çinlilər aprel ayının sonuna qədər Macarıstana 400 min doza əvəzinə 1 milyon dozalıq vaksin göndərəcək. Bununla da biz, Qərb vaksininin tədarükündə yaranmış boşluğu kompensasiya edə biləcəyik”, - deyə Siyarto bildirib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.