DÜNYA


Macarlar bank kartları ilə alış-verişə daha çox üstünlük verirlər

Budapeşt, 10 oktyabr, AZƏRTAC

Macarıstanda pos-terminallara ayrılan hökumət subsidiyaları sayəsində macarlar alış-veriş zamanı bank kartlarından daha çox istifadə edirlər.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Macarıstanın maliyyə naziri Mixay Varqa açıqlayıb. Onun sözlərinə görə, ötən il macarlar bank kartları ilə 5 trilyon forint məbləğində alış-veriş ediblər. Bu, 2016-cı illə müqayisədə 1 trilyon forint çoxdur. Nazir onu da bildirib ki, bu rəqəm ümumi pərakəndə ticarətin yalnız dörddəbirini təşkil edir.

M.Varqa əlavə edib ki, pos-terminallar üçün ayrılan subsidiyalar sayəsində bank kartları ilə əməliyyat aparan müəssisələrin sayı 110 minə çatıb ki, bu da əvvəlki illə müqayisədə 25 min çoxdur. Nazir onu da qeyd edib ki, subsidiya proqramı başa çatdıqdan sonra ölkədəki müəssisələrin 80 faizində pos-terminallar quraşdırılacaq.

Nazir diqqətə çatdırıb ki, Macarıstanda nağd pul vəsaitlərinin ehtiyatı 5 trilyon forint təşkil edir ki, bu da ÜDM-in 14 faizinə bərabərdir. Bu göstərici Avropa İttifaqı üzrə orta göstəricidən 8 faiz çoxdur.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.