DÜNYA


Madrid Kataloniyada növbədənkənar seçkilər keçirməyə hazırlaşır

Bakı, 20 oktyabr, AZƏRTAC

İspaniya hökuməti və müxalif sosialist partiyası Kataloniyada növbədənkənar regional seçkilərin keçirilməsi barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, İspaniyanın El Pais qəzetinin məlumatına əsasən, növbədənkənar seçkilərin 2018-ci ilin yanvarında keçirilməsi nəzərdə tutulur. Sosialist partiyasının üzvü Karmen Kalvonun sözlərinə görə, bu qərar regionun müvəqqəti birbaşa idarəsinin tətbiqinə yönəlmiş tədbirlər çərçivəsində qəbul olunub.

Yaranmış böhranla bağlı İspaniya Nazirlər Şurasının oktyabrın 21-də təcili iclas keçirəcəyi gözlənilir. İclasda Kataloniyanın muxtariyyət statusunun dayandırılması və Konstitusiyanın 155-ci maddəsinin işə salınması məsələsi müzakirə olunacaq. Bu maddə regionun özünüidarə səlahiyyətini ləğv etməyə icazə verir.

Xatırladaq ki, İspaniya hökuməti Kataloniya lideri Karles Puçdemondan muxtariyyətin müstəqilliyinin elan edilib-edilməməsi məsələsinə aydınlıq gətirməyi tələb etmişdi. Puçdemon isə buna cavab olaraq, Madridin dialoqa razı olmayacağı təqdirdə regionun müstəqilliyi məsələsini parlamentdə səsverməyə çıxaracağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.