DÜNYA


Madrid NATO-nun tarixi sammitinə ev sahibliyi edəcək

Madrid, 25 iyun, AZƏRTAC

İspaniyanın NATO-ya qəbul olmasının 40-cı ildönümü ərəfəsində - iyunun 29-30-da Madriddə Şimali Atlantika Alyansının tarixi sammiti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Madrid tarixdə ikinci dəfə NATO sammitinə ev sahibliyi edəcək.

Sammitdə 30 müttəfiq ölkənin dövlət və hökumət başçıları, eləcə də Alyansın digər əsas tərəfdaşları bir araya gələcəklər.

Sammitdə ABŞ Prezidenti Co Baydenin iştirakı da gözlənilir. Ukrayna Prezidenti Volodimir Zelenski sammit iştirakçılarına videokonfrans vasitəsilə müraciət edəcək.

NATO müttəfiqləri ən aktual təhlükəsizlik məsələlərini, o cümlədən Ukraynada hərbi əməliyyatları, NATO-nun yeni Strateji Konsepsiyasına dəstək məsələləri müzakirə edəcəklər.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.