DÜNYA


Madrid diplomatiya paytaxtlarından birinə çevrilir

Madrid, 19 mart, AZƏRTAC

Amerikanın Harvard Universiteti 1992-ci ildə Polşanın Mendzızdroye şəhərində “World Model United Nations”in ilk tədbirini təşkil etdiyi zaman “soyuq müharibə” yenicə başa çatmışdı.

28 il ötdükdən sonra bu tədbir martın 18-dən 22-dək ilk dəfə olaraq İspaniyanın paytaxtı Madriddə keçirilir. Tədbirdə dünyanın 130 ölkəsindən olan 2000-dən çox tələbə Birləşmiş Millətlər Təşkilatının fəaliyyətini nümayiş etdirmək məqsədi ilə iştirak edir.

AZƏRTAC xəbər verir ki, İspaniya kralı VI Felipenin iştirakçısı olduğu BMT tədbirinin gündəliyi genişdir: millətçi gərginlik; iqlim dəyişmələri qlobal təhlükə qismində; miqrasiya axını; iqtisadi bərabərsizlik.

BMT-nin İspaniya modelinin prezidenti Alba Qavayluqovun sözlərinə görə, gənclər dünyanın hər yerində ictimai problemlərə müdaxilə etməlidirlər. Çünki XXI əsrdə diplomatiyaya inanmaq, çoxtərəfliliyə inanmaq deməkdir. Bu, o halda səmərəli ola bilər ki, bu işə gənclər və onların tələbatları daxil edilsin. Gələcəyin diplomatı olacaq gənclər beş gün ərzində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında ortaya çıxan analoji məsələlərin həlli yollarını müzakirə edəcəklər.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.