MƏDƏNİYYƏT


Madrid şəhərində keçirilən beynəlxalq xeyriyyə tədbirində ölkəmiz də təmsil olunub

Madrid, 19 iyun, AZƏRTAC

Madrid şəhərində “İspaniyanın beynəlxalq kolleci” tədris müəssisəsinin təşkilatçılığı ilə “Beynəlxalq Bazar” xeyriyyə tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, “Uşaqlara yardım üçün birləşək” devizi altında keçirilən tədbirdə dünyanın 40-dan artıq ölkəsi, beynəlxalq xeyriyyə cəmiyyətləri və bir sıra QHT-lər iştirak ediblər. Xeyriyyə tədbirində ölkəmiz “İspaniyada Azərbaycanlıların Cəmiyyəti”nin təşkilatçılığı və Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi ilə uğurla təmsil olunub.

Azərbaycan milli stendində ölkəmizlə bağlı müxtəlif təbliğat materialları, xalçaçılıq nümunələri və incəsənət əsərləri ilə yanaşı, milli mətbəximizin ləziz nemətləri nümayiş etdirilib.

Nümayiş olunan ölkəmizin milli şirniyyatları - paxlava, şəkərbura, qoğal, həmçinin yeməklərimizdən plov, yarpaq dolması, lavaş, milli ornamentləri əks etdirən suvenirlər, milli geyim və musiqi alətlərimiz sərgi iştirakçılarında böyük maraq doğurub.

Azərbaycan stendində satışa çıxarılmış bütün məhsullar, xüsusən milli yeməklərimiz qısa vaxt ərzində ziyarətçilər tərəfindən həvəslə alınıb.

Xeyriyyə bazarında iştirakçılara Azərbaycan barədə ətraflı məlumat verilib.

Tədbirdən əldə olunan bütün vəsait xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsi məqsədilə beynəlxalq donor təşkilatlarının hesabına köçürüləcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.