DÜNYA


Madrid və Barselonada metro işçiləri tətil edir

Madrid, 20 may, AZƏRTAC

Bu həftə Barselona və Madriddə metro işçiləri yenə də tətil ediblər.

Bu gün Barselona metropoliteninin əməkdaşları stansiyaların tikintisində zərərli asbestdən istifadə olunmasına qarşı etiraz aksiyasına başlayıblar. Metro gün ərzində fasilələrlə - səhər saatlarında normanın 40 faizi, axşam saatlarında 20 faizi qədər işləyib.

Madriddə bazar ertəsi başlayan tətil çərşənbə axşamı və çərşənbə günlərində davam edəcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.