SİYASƏT


Madriddə Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirilib

Madrid, 20 iyun, AZƏRTAC

Azərbaycanın Madriddəki səfirliyində səfir Ramiz Həsənov və İspaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, səfirlikdəki görüş 15 İyun - Milli Qurtuluş Gününə həsr edilib.

Səfir Ramiz Həsənov Azərbaycan diasporunun nümayəndələrini salamlayaraq, Azərbaycan dövlətçiliyinin çoxəsrlik tarixində ümummilli lider Heydər Əliyev şəxsiyyətinin böyük əhəmiyyətini vurğulayıb.

15 iyun Azərbaycan xalqının Milli Qurtuluş Günü, tarixin ən parlaq səhifələrindən biri, dünya azərbaycanlılarının xoşbəxt gələcəyinin əsasını qoyan günlərdən biridir. Dövlətçilik tariximizin şanlı səhifəsi olan bu tarix məhz Ulu Öndərin sayəsində meydana gəlib”.

44 günlük Vətən müharibəsindəki şərəfli Qələbədən danışan səfir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin hərtərəfli düşünülmüş və məqsədyönlü siyasəti ölkəmizin Qarabağ müharibəsində Qələbəsini və Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edib. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığımız bu Qələbə xalqımızın mərdliyini, cəsarətini göstərdi və bütün dünya azərbaycanlılarının vətənpərvərlik ruhunu yüksəltdi.

Azərbaycan diasporu nümayəndələrinə müraciət edən Ramiz Həsənov milli maraqlardan söhbət gedərkən, ümumi həmrəyliyin zəruri olduğunu vurğulayıb. Səfir həmvətənlərimizi İspaniyada Azərbaycan həqiqətlərinin təbliği, ispan cəmiyyətinə inteqrasiya istiqamətində səyləri artırmağa çağırıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.