Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Madriddə İmadəddin Nəsiminin 650, Aşıq Veysəlin isə 125 illiyi qeyd olunub VİDEO

Madrid, 5 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq ədibin həyat və yaradıcılığına həsr olunmuş növbəti tədbir Madrid şəhərində yerləşən Kantabriya Mədəniyyət Mərkəzində keçirilib.

Tədbir Azərbaycan və Türkiyənin İspaniyadakı səfirliklərinin, Yunus Əmrə İnstitutunun, TÜRKSOY-un və Kral Xuan Karlos Universiteti yanında “Alisiya Alonso” Rəqs İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsinin xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi həyatında dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətindən söhbət açıb. Ədibin yaradıcılığının əsasında humanizm və tolerantlıq kimi ümumbəşəri dəyərlərin dayandığını bildirən diplomat şairin əsərlərinin dünya, o cümlədən türk xalqlarının ədəbiyyatına, mədəniyyətinə, bədii-ictimai fikrinin inkişafına töhfəsindən bəhs edib.

Səfir A.Məhərrəmov xüsusi olaraq diqqətə çatdırıb ki, şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illiyinin keçirildiyi vaxtdan başlanır. Məhz bu baxımdan, 1973-cü ildə böyük söz ustasının 600 illik yubileyi UNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilmiş və beynəlxalq miqyasda qeyd olunmuş, həmin dövrdən etibarən Nəsimi yaradıcılığı ilə bağlı çoxsayda araşdırmalar aparılmışdır.

Nəsimi yaradıcılığında mədəni müxtəliflik, humanist ideyaların geniş şəkildə təşviq olunduğunu qeyd edən səfir A.Məhərrəmov, bu baxımdan Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ingilis və fransız dillərində çap etdirilmiş, şairin ədəbi yaradıcılığının nümunələrini özündə ehtiva edən “Imadeddin Nasimi Poetry”, “Imadeddin Nassimi Poesié” kitablarının böyük mütəfəkkirin irsinin daha geniş şəkildə öyrənilməsi baxımından əhəmiyyətindən söz açıb.

Anar Məhərrəmov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gün ərzində respublikamızda 650 min ağacın əkilməsi kampaniyasının ölkədə sağlam həyat tərzinə verilə töhfənin, habelə Nəsimi ideyalarından qaynaqlanan humanizm təşəbbüsünün təzahürü olduğunu bildirib.

Daha sonra çıxış edən Türkiyə Respublikasının İspaniyadakı səfiri Cihad Erginay türk dünyasının iki böyük şairi – Nəsimi və Aşıq Veysəlin yaradıcılığındakı ideyalardan söz açıb. Mədəni-mənəvi dəyərlərin təbliği baxımından Nəsimi və Aşıq Veysəl irsinin ətraflı şəkildə öyrənilməsinin vacibliyini qeyd edərək, bu mənada Azərbaycanın İspaniyadakı səfirliyi ilə birgə təşkil olunmuş mərasimin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Özündən əvvəl yaşayıb-yaratmış aşıqların irsinin sonrakı nəsillərə ötürülməsində böyük rol oynamış Aşıq Veysəlin yaradıcılığında dostluq, vətən sevgisi kimi ümumbəşəri dəyərlərin əks olunduğunu, bu baxımdan da aşığın 125 illik yubileyinin 2019-cu ildə Türkiyədə, habelə Türkiyədən kənarda geniş şəkildə qeyd edildiyini diqqətə çatdırıb.

TÜRKSOY-un nümayəndəsi Timur Davletov təmsil etdiyi təşkilat tərəfindən 2019-cu il ərzində həm İmadəddin Nəsiminin 650 illik yubileyinin, həm də Aşıq Veysəlin 125 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi ilə bağlı keçirilmiş tədbirlər barədə məlumat verib. T.Davletov Azərbaycanın və Türkiyənin İspaniyadakı səfirliklərinin, Yunus Əmrə İnstitutunun, TÜRKSOY-un və Kral Xuan Karlos Universiteti yanında “Alisiya Alonso” Rəqs İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirin hər iki şairin yaradıcılığının təşviq edilməsi baxımından vacibliyini qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi Sayman Aruz İmadəddin Nəsiminin dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində insan əzəmətinin və şəxsiyyətin azadlığının tərənnüm edildiyini bildirib. S.Aruz Nəsiminin həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşdirildiyini qeyd edərək, sənətkarın yaradıcılığının bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına xidmət etdiyini diqqətə çatdırıb.

Yunus Əmrə İnstitutunun direktoru Ersin Adıgözəl, Kral Xuan Karlos Universiteti yanında “Alisiya Alonso” Rəqs İnstitutunun icraçı katibi Luis Yerena Nəsimi və Aşıq Veysəlin yaradıcılığına nəzər salaraq, onların tolerantlığın, sülhün və humanizmin təşviqinə töhfələrindən bəhs ediblər.

Daha sonra “Alisiya Alonso” Rəqs İnstitutunun tələbələri ispan dilində İmadəddin Nəsiminin və Aşıq Veysəlin əsərlərindən parçalar səsləndiriblər.

Tədbirin davamında soydaşımız, aşıq Ramin Qarayevin ifasında Nəsiminin “Sığmazam” qəzəli, Türkiyəli aşıq Kamber Narın ifasında isə Aşıq Veysəlin şeirləri tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Tədbir zamanı Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş videoçarxlar, o cümlədən Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusufun dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında musiqi kompozisiyasından və “Nəsimi” filmindən parçalar nümayiş etdirilib.

Xüsusi olaraq yaradılmış guşədə ölkəmizin mədəniyyətinin, turizm potensialının təbliği ilə bağlı müxtəlif materiallar nümayiş etdirilib, habelə dahi şairin 650 illik yubileyinə həsr olunmuş, səfirlik tərəfindən çap etdirilmiş bukletlərin, İspaniyada dövriyyəyə buraxılmış xüsusi poçt markalarının, Heydər Əliyev Fondu tərəfindən çap etdirilmiş, İ.Nəsiminin əsərlərini özündə ehtiva edən kitabların, habelə “İRS” jurnalının ədibin həyat və yaradıcılığını əhatəli şəkildə əks etdirən buraxılışlarının təqdimatı keçirilib.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

Madriddə İmadəddin Nəsiminin 650, Aşıq Veysəlin isə 125 illiyi qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir